...

AR DNŞ prezidenti Lənkərana səfər edib

Energetika Materials 14 Yanvar 2006 14:26 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Lənkərana səfər edib. O, Lənkəran rayonunun icra hakimiyyəti başçısı Süleyman Mikayılovla görüşlər keçirib. Səfərdə məqsəd Tofiq İsmayılov küçəsində müalicə-diaqnostika mərkəzinin tikintisi üzrə işlərin gedişi ilə tanış olmaqdır. Xatırladaq ki, bu mərkəzin tikintisi AR DNŞ tərəfindən maliyyələşdirilir.

Mərkəzin 2006-cı ilin birinci yarısında istismara verilməsi planlaşdırılır. Mərkəz Avropa standartlarına uyğun olacaq və $2,7 mln. dəyərində müasir avadanlıqlarla təchiz olunacaq. 300 nəfər daimi işlə təmin ediləcək. Mərkəzdə cərrahiyə, diaqnostika və s. şöbələr fəaliyyət göstərəcək. Almaniyanın Siemens şirkəti mərkəzi avadanlıqlarla təmin edəcək. Mərkəzdə əsas istiqamət böyrək xəstəliklərinin müalicəsi olacaq.

Mərkəzin təməli prezident İlham Əliyevin iştirakı ilə 8 sentyabr 2005-ci ildə qoyulub.

Xəbər lenti

Xəbər lenti