...

Salyan Oil kəşfiyyat işləri üzrə öhdəliklərin müddətini uzatmaq niyyətindədir

Energetika Materials 16 Yanvar 2006 13:02 (UTC +04:00)

"Kürsəngi-Qarabağlı" müqavilə sahəsinin işlənməsi ilə məşğul olan Salyan Oil əməliyyat şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə kəşfiyyat işlərinin müddətinin bir neçə ay uzadılması ilə bağlı müraciət edib. Bu barədə Trend ə SOL-dan məlumat verilib. Bu müddət ərzində şirkət müqavilə üzrə öhdəliklərə daxil olan sonuncu kəşfiyyat quyusunun qazılmasını başa çatdırmalıdır.

Bu quyudakı qazma işləri 2005-ci ilin sonunda başa çatmalı idi. Lakin texniki problemlərlə əlaqədar quyunun qazılması davam etdirilir. Şirkətdən verilən məlumata görə, işlərin başa çatdırılması üçün 3 ay tələb olunur. Quyunun layihə dərinliyi 4400 m-dir. Qazma işləri "Qarabağlı" yatağının qərb hissəsində aparılır.

PSA tipli müqavilə üzrə öhdəliklərə əsasən, Salyan oil 3 kəşfi yyat quyusu qazmalı idi. Kəşfiyyat işləri dövrü 2004-cü ildə başa çatsa da, şirkət təkcə bir quyu qazıb. AR DNŞ-lə danışıqlardan sonra kəşfiyyat işləri üzrə öhdəliklərin yerinə yetirilmə müddətinin 2005-ci ilin sonuna kimi uzadılması haqqında qərar qəbul edilib. Qazma işləri Çinin Great Wall şirkəti tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti