...

Yeni "Binə" yarımstansiyası fevralda istismara veriləcək

Energetika Materials 16 Yanvar 2006 14:06 (UTC +04:00)

Fevralın sonunda yeni 110 kilovoltluq "Binə" yarımstansiyası istismara veriləcək. Trend in Azərenerji SC-nin press-relizinə istinadən xəbər verdiyi kimi, bu yarımstansiya müasir dünya standartlarına uyğun olacaq.

Azərenerjinin baş mühəndisi Saleh Məmmədovun sözlərinə görə, yaxın günlərdə yarımstansiyada işə salma-sazlama işləri başlanacaq. Bu obyekt Binə qəsəbəsinə elektrik enerjisinin verilməsinin keyfiyyətini artırmağa, həmçinin, Mərdəkan, Şüvəlan, Qala və Türkan qəsəbələrinin enerji təchizatını yaxşılaşdırmağa imkan verəcək.

Bu yarımstansiya Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilir. "Binə" yarımstansiyası aparıcı şirkətlərin müasir avadanlıqları ilə təchiz olunub və kompüterləşdirilib. Stansiyada 26 MBA gücündə iki transformator quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti