...

Salyan oil 2006-cı il üçün ilkin iş qrafikini müəyyən edib

Energetika Materials 16 Yanvar 2006 14:37 (UTC +04:00)

Yaxın vaxtlarda "Kürsəngi- Qarabağlı" müqavilə sahəsində işləyən Salyan Oil əməliyyat şirkətinin direktorlar şurası 2006-cı il üzrə büdcəni və qazma proqramlarını təsdiq edəcək. Bu barədə Trend ə əməliyyat şirkətindən məlumat verilib.

Ehtimal olunur ki, 2006-cı ildə müqavilə sahəsində 8 quyu qazılacaq. Şirkətdən bildirilib ki, quyulardan 4-nün istismar, 2-nin laylara su vurmaq, 1-i kəşfiyyat, 1-i isə qiymətləndirmə quyusu kimi qazılması nəzərdə tutulub. Ehtimal edilən investisiyaların həcmi $50 mln dollara yaxın təşkil edəcək.

Qazma işləri Çinin qazma podratçısı Great Wall şirkəti tərəfindən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti