...

ARDNŞ MİƏİ balans hesabatı auditorunun seçilməsi üçün tenderi bağlayıb

Energetika Materials 16 Yanvar 2006 18:01 (UTC +04:00)

ARDNŞ- in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi (MİƏİ) 2005-ci il ərzində ilkin balans hesabatı auditorunun seçilməsinə tenderi bağlayıb. Bu barədə Trend ə ARDNŞ-də bildirilib. ARDNŞ nümayəndəsinin sözlərinə görə, Ernst&Young Britaniya-Amerika şirkəti tenderin qalibi olub.

Nazirlər Kabineti ARDNŞ MİƏİ-nə 2008-ci il yanvarın 1-dən beynəlxalq maliyyə hesabatı standartlarına (BMHS) keçməyi tapşırıb. 2008-ci ilin yanvarın 1-dən BMHS-ə keçid üçün 2006-cı ildə İdarə qiymətləndiricilər tərəfindən tanınmış əsas vəsaitlərinin qiymətləndirilməsini aparmalı və 2005-ci il dekabrın 31-dək əsas vəsaitlərin qimətləndirilməsinin nəticələrinin daxil olduğu ilkin balans hesabatının auditini keçirməlidir. 2007-ci ildə MİƏİ ilkin maliyyə hesabatının balans hesabatı, maliyyə nəticələrinə dair hesabat, xüsusi kapitalda dəyişikliklərin hesabatı və pul vəsaitlərinin dövriyyəsinə dair hesabatı əhatə edən tam paket hazırlamalıdır. 2008-ci ildə İdarə 2007-ci ilin 31 dekabrına olan maliyyə hesabatının BMHS-ə tamamilə uyğun olan ilk komplektini hazırlaya bilər.

Bu, beynəlxalq auditorlar tərəfindən yoxlanılacaq.

Xəbər lenti

Xəbər lenti