...

AGN MAK 2005-ci ilin ilk yarımili ərzində EITI üzrə hesabatı təqdim edib

Energetika Materials 16 Yanvar 2006 19:09 (UTC +04:00)

Bu gün AGN MAK auditor şirkəti EITI üzrə hökumət komissiyası, QHT koalisiyası və neft şirkətləri üçün mədən hasilatı sənayesinin şəffaflığı Təşəbbüsləri (EITI) çərçivəsində auditor hesabatının təqdimatını keçirib. QHT koalisiyasının EITI üzrə üzvü, ictimai vəsaitlərin monitorinq Mərkəzinin (PFMC) rəhbəri İnqilab Əhmədov Trend ə bildirib ki, şirkət neft -qaz sənayesinin EITI-də iştirak edən 22 şirkətinin və Azərbaycan hökumətinin 2005-ci ilin ilk yarımilinin nəticəsinə əsasən daxilolmalara dair hesabatlarının yoxlamasını aparıb. Bu, dövlətə ödənişlər və gəlirlər barədə müfəssəl məlumat verib.

Tərəflərin razılığına əsasən, həmin hesabatlar bu həftə açıqlanacaq.

AGN Mak Azerbaijan LTD Accountants Global Network şirkətlər qrupuna daxildir. Şirkət mədən hasilatı sənayesinin şəffaflığı Təşəbbüsləri (EITI), yerli və xarici neft şirkətləri və mədən hasilatı sənayesində şəffaflığın artırılması Koalisiyası üzrə Hökumət komissiyasının sentyabrın 29-da keçirilmiş növbəti iclasında seçilib. Növbə prinsipinə əsasən auditor firmasının xidmət haqqını ARDNŞ ödəyəcək.

Bundan öncə, 2003 və 2004-cü illər ərzində auditi Deloitte aparırdı.

Xəbər lenti

Xəbər lenti