...

Xəzər Dəniz Gəmiçiliyi İdarəsi yüklərin daşınması üzrə tarifləri artırmaq niyyətində deyil

Energetika Materials 17 Yanvar 2006 13:07 (UTC +04:00)

Xəzər Dəniz Cəmiçiliyi İdarəsi (KASPAR) Xəzərdə işləyən gəmiləri ilə daşınan yüklərin tariflərini artırmaq niyyətində deyil. Bu barədə Trend ə Xəzər Dəniz Gəmiçiliyi İdarəsindən məlumat verilib. "Hazırda Xəzər dənizi hövzəsində daşınan yüklərin dəyərini bazar diqtə edir. Buna görə də tariflərin qaldırılması daşınmaların həcminə mənfi təsir göstərə bilər", - deyə idarədən bildiriblər.

Bu, həmçinin, yük göndərənlərin daşınmalarda flotiliyası olan digər Xəzəryanı ölkələrin - Rusiya, Qazaxıstan və İranın xidmətlərindən istifadə etməsinə gətirib çıxara bilər.

Bundan əlavə, idarədən bildirilib ki, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi Azərbaycanın daxili bazarında yük və sərpnişin daşınmaları həyata keçirmir və ölkədə neft məhsullarının bəzi növlərinin qiymətlərinin artması daşınmaların dəyərinə təsir göstərmir.

Bu gün XDGİ Xəzərdə yüklərin daşınmasında liderdir. 2005-ci il ərzində Xəzər hövzəsi gəmiçiliyi idarəsi tərəfindən 12 mln 670 min ton müxtəlif yüklər daşınıb ki, bu da 2004-cü ildə olduğundan 477 min ton çoxdur. Yüklərin ümumi həcmindən 9 mln 803 min tonu idarənin tanker flotiliyası tərəfindən daşınıb.

Xəbər lenti

Xəbər lenti