...

Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi "Azərenerji" üçün qrant ayırıb

Energetika Materials 17 Yanvar 2006 13:20 (UTC +04:00)

Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Bakı şəhərinin böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 220 kV-luq "Müşfiq" yarımstansiyasının təkmilləşdirilməsi üçün qrant ayrılması barədə qərar qəbul edib. Bu barədə Trend ə "Azərenerji" səhmdar cəmiyyətindən məlumat verilib.

Fevralın əvvəllərindən agentliyin ekspertləri Azərbaycana gələcək və maliyyələşdirmə məsələlərini və yenidənqurma tədbirlərinin qrafikini müəyyən edəcəklər. Bundan sonra məbləği, yarımstansiyada görüləcəek işlərin həcmini müəyyən edən, tender sənədlərini hazırlayan və baş podratçını müəyyən edəcək məsləhətçi- işrkət müəyyən olunacaq.

Bu layihənin reallaşdırılması 2007-ci ildə başa çatacaq. "Müşfiq" yarımstansiyasında 200 MVA günündə iki transformator hər birinin gücü 250 MVA olan daha müasir qurğularla əvəz ediləcək. Bu, etibarlılığı və tələb olunan elektrik enerjisinin keyfiyyətini artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti