...

Hollandiyanın Fugro birgə müəssisəsi Azərbaycanın "Cümşüd İbrahimov" gəmisini almaq niyyətindədir

Energetika Materials 17 Yanvar 2006 13:36 (UTC +04:00)

Niderlandın Fugro birgə müəssisəsi "Cümşüd İbrahmov" gəmisinin korpusunu almaq təklifi ilə Azərbaycan Dövlət Neft şirkətinə müraciət edib. Əvvəllər bu gəmidən araşdırmalar və geotexniki işlər aparmaq üçün istifadə olunurdu, lakin 90-cı illərin əvvəllərindən onun fəaliyyəti dayandırılıb.

Gəminin yenidən qurulması üzrə öhdəlik AzəriFurgo birgə müəssisəsinin (BM) üzərinə qoyulub. Bu məsələ ilə bağlı danışıqlar bir neçə il ərzində aparılıb, lakin gəminin yenidən qurulmasına qoyulmuş investisiyalara zəmanətin verilməsinin qeyri-mümkünlüyü ilə əlaqədar qəti qərar qəbul olunmamışdı. 2003-cü ildə isə bu öhdəliklər BM-in üzərindən götürülüb.

"Cümşüd İbrahimov" gəmisi 1982-ci ildə Finlyandiyada hazırda Tecnip qrupuna daxil olan Raim offshore şirkəti tərəfindən inşa edilib. 1995-ci ildə gəminin modernləşdirilməsi üçün təxminən $3 mln tələb olub. Bu gün həmin məbləğ $20 milyona bərabərdir. Xəzərdə geotexniki işlərin aparılması zamanı əsasən "Fugro" SP-yə məxsus "Markab" gəmisindən istifadə olunur.

Xəbər lenti

Xəbər lenti