...

AzəriFugro MM bu il Qazaxıstanda Agip KCO üçün işləri davam etdirəcək

Energetika Materials 17 Yanvar 2006 14:58 (UTC +04:00)

AzeriFugro Azərbaycan-Niderland müştərək müəssisəsi (MM) apreldə Xəzər dənizinin Qazaxıstan sektorunda Agip KCO-nun sifarişi ilə geotexniki işləri davam etdirəcək. Bu barədə Trend ə şirkətdə bildirilib. İşlər dənizdə Atırau şəhərinin yaxınlığında aparılacaq.

Şirkət süxurların texniki xüsusiyyətlərinin, eləcə də süni adadan sahilə boru kəmərinin çəkilməsi ilə bağlı geotexnikanın araşdırmasını aparır. Laboratoriya araşdırmaları Azərbaycanda aparılır.

Bu layihə üzrə işlərin bir hissəsi ötən il yerinə yetirilib. Geotexniki quyular Qazaxıstan tərəfinə məxsus barja vasitəsilə qazılıb. Bu işlər çərçivəsində dərinliyi 300 metrədək olan iki quyu və dərinliyi 150 metr olan təxminən dörd quyu qazılıb.

Xəbər lenti

Xəbər lenti