...

"Qərbi Azəri" və "Şahdəniz" yataqlarında geotexniki tədqiqatlar aparılacaq

Energetika Materials 17 Yanvar 2006 16:21 (UTC +04:00)

Bu il AzəriFugro MM VR şirkətinin sifarişi ilə "Qərbi Azəri" neft yatağında və "Şahdəniz" qaz-kondensat yatağında tədqiqatlar aparacaq. Bu barədə Trend ə AzəriFugro MM-də bildirilib.

"Şahdəniz"də işlər bu ilin ikinci rübünə nəzərdə tutulmuş TPG-500 platformasının gələcəkdə qurulması üçün aparılacaq.Hazırda bu obyektin inşası aparılır. Geotexnika "İstiqlal" qazma qurğusu ilə həyata keçiriləcək.

"Azəri"yatağının qərbində geotexniki tədqiqatlar bilavasitə yataqda qurulmuş platformadan aparılacaq. Tədqiqatın məqsədi platforma qurğusunun yerində süxurların vəziyyətinin öyrənilməsidir. Təxminən 300 metr dərinliyədək bir quyunun qazılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti