...

Neft və neft məhsulları Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu ilə nəql edilən yüklərin əsasında olacaq

Energetika Materials 18 Yanvar 2006 18:49 (UTC +04:00)

Planlaşdırılan Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu ilə nəql ediləcək yüklərin illik həcmi təqribən 3 mln. ton təşkil edəcək, bunun əksər hissəsi neft yüklərindən ibarə olacaq. Bu barədə Trend ə Türkiyə bazarında işləyən ekspeditor şirkətlərində bildirilib.

"Belə bir marşrutun yaranması Tükiyəyə Bosfor boğazının işini yüngülləşdirməyə imkan verəcək. Bakı-Tbilisi-Ceyhan boru kəməri ekoloji baxımdan həssas olan bu boğazla yük axınını azaltmağa imkan verəcək" - deyə şirkətlərdə bildirilib.

Qars-Axalkalaki-Tbilisi-Bakı dəymir yolunun inşası layihəsinin TİƏ -ni Türkiyənin Yuksel domonik şirkəti hazırlayıb.

Ekspeditorların qiymətləndirməsinə görə, belə bir dəmil yolunun çəkilməsinin dəyəri təqribən $600 mln. təşkil edəcək. Yolun uzunluğu 98 km. təşkil edir, bunun 68 km. Türkiyə ərazisinin, 30 km isə Gürcüstanın payına düşür.

Xəbər lenti

Xəbər lenti