...

Bosfor boğazının boşaldılması üçün beş boru kəmərlik layihənin dəyəri $7 mlrd. təşkil edə bilər

Energetika Materials 18 Yanvar 2006 20:40 (UTC +04:00)

Türkiyənin Bosfor boğazından keçən marşrutla neft və neft məhsulları tədarükçüləri qeyri-sabit hava şəraiti və yaxud Türkiyə tərəfindən keçiddə yaranmış məhdudiyyətlərlə bağlı tankerlərin müntəzəm dayanması səbəbindən yükün hər bir tonu üçün orta hesabla $4 itirir.

Neft daşımaları bazarında olan mənbələr Trend ə bildirilib ki, Bosfor boğazı ilə gün ərzində orta hesabla 2,5 mln. bar. neft məhsulu yükləri nəql olunur ki, bu da boğaza xeyli yüklənmə təsiri göstərir.

Bir sıra ekspeditorların məlumatına görə, indi Bosfor boğazının boşaldılmasını nəzərdə tutan bir neçə layihə nəzərdən keçirilir. "Bosfor boğazının boşaldılması üçün beş boru kəmərlik layihənin dəyəri $7 mlrd. təşkil edə bilər" -deyə ekspeditor şirkətində qeyd olunub.

Xüsusilə ekspeditorların məlumatına görə, Samsun-Ceyhan boru kəmərinin çəkilməsi layihəsinin ildə 55 mln. ton buraxılış qabiliyyətinə malik olmaqla $1 mlrd.-dək təşkil edə biləcəyi ehtimal olunur.Bunun uzunluğu təqribən 770 km. göstərilir. Burqas-Aleksandropulis layihəsi ildə 35 mln. ton neft buraxılış qabiliyyətinə malik olmaqla (uzunluğu 280 km.) $830 mln. olaraq qiymətləndirilir. Burqas-Vlor layihəsi buraxılış qabiliyyəti ildə 35 mln. ton planlaşdırılmaqla (uzunluğu 870 km.) $1,46 mlrd. olaraq qiymətləndirilir. Konstansa-Triest boru kəmərinin çəkilməsi layihəsinin dəyəri buraxılış qabiliyyəti ildə 112 mln. ton olmaqla (uzunluğu 1360 km.) $4,6 mlrd. çata bilər. Kiyik-İbrikbaba layihəsi buraxılış qabiliyyəti ildə 60 mln. ton olmaqla (uzunluğu 193 km.) $366 mln. ola bilər.

Xəbər lenti

Xəbər lenti