...

Azərbaycan neftinin qiyməti artmaqda davam edir

Energetika Materials 19 Yanvar 2006 13:00 (UTC +04:00)

Yanvarın 18-də bir barel AZERI LT CIF neftinin qiyməti $64,43 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,45 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Trend agentliyinin məlumatına əsasən, yanvarın 18-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $58,62 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,60 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

Yanvarın 18-də bir barel Brent (DTD) neftinin qiyməti $63,56 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,32 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti