...

Azneftkimyamas 83 milyard manatlıq məhsul reallaşdırıb

Energetika Materials 19 Yanvar 2006 17:55 (UTC +04:00)

2005-ci ildə Azneftkimyamas ASC 83 mlrd manatlıq məhsul reallaşdırılıb. ASC-dən Trend ə verilən məlumata görə, bu dövrdə xaricə ixrac 50%-ə yaxın olub. Məhsulun əsas hissəsi daxili bazarda, əsas etibarilə, ölkənin Dövlət Neft Şirkəti tərəfindən reallaşdırılıb.

Azneftkimyamas ASC Azneftkimyamas DM-nin bazasında respublika prezidentinin 2001-ci il 22 mart tarixli sərəncamı əsasında yaradılıb.

ASC-dən bildiriblər ki, bu müddət ərzində Səttarxan adına maşınqayırma zavoduna ixracın həcmi 11,5 mlrd manat təşkil edib ki, bunun 2,5 mlrd manatı ARDNŞ-in, 1 mlrd manat isə Suraxanı və Sabunçu maşınqayırma zavodlarının payına düşür.

Bu müddət ərzində ASC-in müəssisələri tərəfindən Rusiyaya ümumi məbləği 19,5 mlrd manatlıq, Qazaxıstana 10,5 mlrd manatlıq, Ukraynaya 9 mlrd manatlıq, Türkmənistana 500 mln manatlıq məhsul ixrac olunub.

19.01.06 Azərbaycan Milli Bankında dolların manata məzənnəsi 4585 AZM (0,9170 AZN) təşkil edib.

Xəbər lenti

Xəbər lenti