...

AR DNŞ Novorossiysk limanından neft satışı üçün tender elan edib

Energetika Materials 19 Yanvar 2006 20:18 (UTC +04:00)

AR DNŞ 2006-cı ilin fevralında Novorossiysk limanından FOB şərtilə 140 min ton Urals neftinin satışı üçün tender elan edib. Bu barədə Trend ə AR DNŞ-də bildirilib.

"İlkin məlumatlara görə, neft partiyasının 23-24 fevralda Novorossiysk terminalının 1 saylı körpüsündən daşınacağı gözlənilir" -deyə AR DNŞ-də bildirilib. Tenderin gələn həftə bağlanacağı nəzərdə tutulur.

2005-ci ildə ARDNŞ Novorossiysk limanından 2004-cü ildə yüklənmiş 2,559 mln. tona qarşı 1,631 mln. ton neft daşıyacaq. 2005-ci ilin dekabrında Novorossiyskdən neft daşınması 2004-cü ilin dekabrında olan 166,3 min tona qarşı 86,5 min təşkil edib.

2005-ci ildə bütün şirkətlər arasında Glencore treyderi AR DNŞ-dən daha çox nefti Novorossiyskdən - 557 min ton, ikinci isə LUKOIL - 464 min ton alıb.

2006-cı ilin əvvəlindən AR DNŞ-dən neftin alışı belədir:

Yanvar - Glencore (85 min ton).

Xəbər lenti

Xəbər lenti