...

Azərbaycanda təbii qaz ehtiyatı 1,3 trln m3-dən artıqdır

Energetika Materials 21 Yanvar 2006 12:51 (UTC +04:00)

1993-cü ildən 2005-ci ilədək Azərbaycan təbii qaz ehtiyatının həcmini 52% artırıb və bu göstərici 1,37 trln manat təşkil edib. Trend in xəbər verdiyi kimi, İtaliyanın ENİ konserninin statistik bülletenində deyilir ki, 1993-cü ildə təbii qaz ehtiyatının həcmi 900 mlrd m3, 2005-ci ildə isə 1,37 trln m3 təşkil etmişdir.

Sənəddə bildirilir ki, yanacaq ehtiyatının indiki həcm göstəriciləri 2000-ci ildən bəri nəzərdən keçirilməyib.

ENİ-nin məlumatına əsasən, Azərbaycanın neft ehtiyatı 7 mlrd bareldir. Neft ehtiyatının həcmi 1993-cü ildən demək olar ki, 6 dəfə artıb. 1993-cü ildə bu göstərici 1,2 mlrd barel təşkil edib.

2005-ci ildə Türkmənistan, Qazaxıstan və Özbəkistanın neft ehtiyatları 2,9 trln m3, 1,9 trln m3 və 1,86 trln m3 təşkil edib.

Xəbər lenti

Xəbər lenti