...

Azərbaycan Qazax rayonu ilə Gürcüstana qaz verəcək

Energetika Materials 23 Yanvar 2006 12:27 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkəti Mozdok-Tiflis qaz kəmərində baş vermiş qəza ilə bağlı Gürcüstanın tələbatını ödəmək üçün Azərbaycana təbii qazın tədarükünün artırılmasına dair qərar qəbul edib. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft şirkətindən məlumat verilib. Hazırda Rusiya şirkəti qaz tədarükünün həcminin artırılmasına başlayıb.

Hazırda boru kəməri ilə Azərbaycana 15 mln m3-ə qədər qaz tədarük olunur. Bu həcm respublikanın tələbatını ödəmək üçün lazımdır. Qazın qalan hissəsi isə Gürcüstanı Azərbaycanla birləşdirən Qazax rayonundakı boru kəməri ilə veriləcək.

Boru kəmərinin maksimal daşıma qabiliyyəti sutkada 18 mln m3-dir. Gürcüstanın tələbatını ödəmək üçün "Qazprom"un Azərbaycana əlavə olaraq sutkada 3 mln m3 yanacaq tədarük edəcəyi nəzərdə tutulub.

"Azəriqaz" QSC nümayəndələrinin qeyd etdiyi kimi, Azərbaycan və Gürcüstan fövqəladə hallarda qarşılıqlı qaz mübadiləsi haqqında saziş imzalaycaq. Sazişə əsasən, qaz Azərbaycandan Gürcüstana, o cümlədən Gürcüstandan Azərbaycana tədarük edilə bilər.

Xəbər lenti

Xəbər lenti