...

AR DNŞ ən dərin quyunun qazıntısını başa vurur

Energetika Materials 23 Yanvar 2006 13:33 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti ən dərin quyunun qazıntısını başa vurur. Bu barədə Trend ə şirkətdən məlumat verilib. Bu quyu "8 Mart" yatağında qazılır. Quyunun layihə dərinliyi 5 850 m-dir. Belə dərinliklər AR DNŞ tərəfindən hələ mənimsənilməyib. Quyunun sutkada 500 min m3 qaz verəcəyi nəzərdə tutulub.

Hazırda quyunun dərinliyi 5 768 m-dir. Yaxın vaxtlarda quyuda karotaj aparılacaq və bundan sonra quyunun dərinliyi haqqında son qərar qəbul olunacaq. Onun layihə dərinliyi 5 800 m-ə qədər azaldıla bilər.

Xəbər lenti

Xəbər lenti