...

Bakıda Azərbaycan və Gürcüstanın energetika nazirlərinin görüşü keçirilib

Energetika Materials 23 Yanvar 2006 14:41 (UTC +04:00)

Bu gün Azərbaycanın energetika və sənaye naziri Natiq Əliyev Gürcüstanın energetika naziri N.Gilauriyanı, Gürcüstanın beynəlxaq neft korporasiyasının prezidenti N.Vaşakidzeni və Gürcüstanın beynəlxalq qaz korporasiyasının prezidenti D.İnqorokvanı qbul edib. Bu barədə Trend ə Azərbaycanın Sənaye və Energetika nazirliyinin press-relizində bildirilir. Görüşdə, həmçinin, "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze də iştirak edib.

Görüş zamanı Rusiya-Gürcüstan sərhədində baş vermiş partlayış nəticəsində enerji və qaz tədarükü ilə bağlı yaranmış problemlər və onların aradan qaldırılması üzrə tədbirlər müzakirə olunub.

Danışıqların yekunları üzrə bu gün saat 15:00-dan başlayaraq Azərbaycanın daxili imkanları hesabına Gürcüstana əlavə 2 mlrd m3 həcmində qazın tədarükü haqqında qərar qəbul olunub. Azərbaycanın Gürcüstana yardım göstərməsi üzrə danışıqlar davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti