...

"Kavkaztransqaz" "Şimali Qafqaz-Zaqafqaziya" qaz kəmərinin qəza yerinə çıxan əsas yolun təmirini başa çatdırıb

Energetika Materials 23 Yanvar 2006 15:00 (UTC +04:00)

"Kavkaztransqaz" MMC "Şimali Qafqaz- Zaqafqaziya" magistral boru kəmərinin 133-cü km-də baş veermiş partlayışın nəticələrinin aradan qaldırılması ilə bağlı təmir-bərpa işlərini davam etdirir. Trend bildirir ki, bu barədə MMC-nin məlumatında deyilir.

Yanvarın 23-də saat 10-00 radələrində qəza yerinə və Terek çayının keçidinə çıxan əsas yolun (300 m) təmirini başa çatdrıb. Mozdok və Mineralnı Borunun keçdiyi yüksəklikdə işlərin təmin edilməsi üçün qum hazırlanıb. İşin başladığı yerə kifayət qədər 1220 mm.diametrli borular və bütün lazımi materiallar gətirilib.

Torpaq işləri ilə bağlı bütün hazırlıqlar aparılıb. Partlayış yerində yaranmış çuxur doldurulub. Borunun özündə iş aparılır, texnoloji deşiklər kəsilib və həmin sahədə od işlərinin aparılmasında təhlükəsizliyin təmin edilməsi üçün kip bağlanmış kürələr qurulub.

Bərpaetmə işləri sutkalıq rejimdə aparılır.

Xəbər lenti

Xəbər lenti