...

Bakıda Azərbaycan və Gürcüstan energetika nazirlərinin görüşü keçirilib

Energetika Materials 23 Yanvar 2006 16:06 (UTC +04:00)

Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Gürcüstanın energetika naziri N.Qilauri, Gürcüstan beynəlxalq neft korporasiyasının prezidenti N.Vaşakidze və Gürcüstan beynəlxalq qaz korporasiyasının prezidenti D.İnqorokvonu qəbul edib. Trend bildirir ki, bu barədə AR sənaye və energetika nazirliyinin məlumatında deyilir. Görüşdə həmçinin "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze iştirak edib.

Görüşdə qaz və elektrik enerjisinin tədarükü, Rusiya-Gürcüstan sərhədində baş vermiş partlayış nəticəsində yaranmış problemlər və onların aradan qaldırılması ilə bağlı tədbirlər müzakirə edilib.

Danışıqların yekunlarına əsasən bu gün saat 15.00-dan Azərbaycanın daxili imkanları hesabına Gürcüstana 2 mlrd. kub. metr həcmində qaz tədarükü barədə qərar qəbul edilib. Azərbaycanın Gürcüstana yardımı ilə bağlı danışıqlar davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti