...

Qaz proqramının hazırlanması üçün Dünya bankının ekspertləri Bakıya gələcək

Energetika Materials 23 Yanvar 2006 16:37 (UTC +04:00)

Yanvarın 24-də "Günəşli" yatağında aşağı təzyiqli qazın yığılması ilə bağlı proqramın hazırlanmasına başlanılması üçün Dünya bankı ekspertlərinin Bakıya səfəri gözlənilir. Bu barədə Trend ə AR DNŞ-də bildirilib. Bu proqram DB-nin $481,250 min məbləğində qrantı hesabına həyata keçirilir. Bu layihənin gerçəkləşdirilməsinə vəsait Yaponiya hökuməti tərəfindən ayrılıb. Yaxın vaxtlarda proqramın hazırlanması ilə bağlı işçi qrup yaradılacaq.

DB ilə saziş çərçivəsində atmosferə tullantının qarşısının alınması üçün qazın istifadəsinə dair proqram hazırlanacaq. Proqrama əsasən "Günəşli-4" platformasının boş hissəsində qaz-kompressor stansiyasının inşası nəzərdə tutulur. Bu stansiya aşağı təzyiqli qazın təzyiqinin yüksəldilməsinə və həmin qazın sahilə nəqlinə imkan verəcək. "Günəşli" yatağında qaz-kompressor stansiyasının inşası 2010-cu ilədək həmin yataqdan ildə 4,9 mlrd. m3-dək qaz hasil etməyə imkan verəcək. Hazırda bu göstərici ildə 2,2 mlrd. m3-ə bərabərdir.

Bu gün "Günəşli" yatağının azsulu hissəsində gün ərzində 1,6 mln. m3 və "Çıraq" yatağında təxminən 800 min m3 aşağı təzyiqli qaz istifadəsiz atılır.

Xəbər lenti

Xəbər lenti