"Azərenerji" səhmdar cəmiyyətinin prezidenti Etibar Pirverdiyev Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) "Mərkəzi Asiya və Qafqaz" regionu üzrə departamentinin nümayəndələri ilə görüşüb. Trend in verdiyi xəbərə görə, "Azərenerji"nin mətbuat xidmətinin məlumatında bildirilir ki, görüşün gedişində "Şimal" DRES-də gücü 400 MVt olan ikinci buxar-qaz qurğusunun tikintisi layihəsi üzrə məsələlər müzakirə olunub. Bu layihəni yapon bankı maliyyələşdirəcək. Bu barədə "Azərenerji"dən məlumat verilib.
Yaxın vaxtlarda SC bu ldayihə üzrə məsləhətçi şirkəti müəyyən etmək üçün tender keçirəcək. Hazırda tenderdə iştirak etmək istəyində olduğunu Yaponiyanın, Almanyia və Fransanın 4 şirkəti bildirib.