...

EP-300 2006-cı ildə 250 min ton birbaşa qovulan benzin sərf etməyi planlaşdırır

Energetika Materials 25 Yanvar 2006 13:47 (UTC +04:00)

Azərkimya Dövlət şirkətinin tərkibinə daxil olan EP-300 zavodu 2006-cı ildə 250 min ton birbaşa qovulan benzin sərf etməyi planlaşdırır. Bu barədə Trend ə müəssisədən məlumat verilib.

Müəssisədə bu məhsuldan (nafta) qurğuların işləməsi üçün yanacaq kimi istifadə olunur. Azərkimya naftanı AR DNŞ-in tərkibinə daxil olan Azərneftyağ NEZ-dən alır.

2006-cı ilin yanvarında ayrılmış xammalın həcmi 17 min ton təşkil edir.

"Hazırda ümumi 17 min tonun 9 min tonu yüklənib", - deyə müəssisədən bildirilib.

2005-ci il ərzində Azərbaycanda 349,9 min ton nafta istehsal olunub ki, bu da 2004-cü illə müqayisədə 16,6% çoxdur.

Xəbər lenti

Xəbər lenti