...

VR "Çıraq" yatağında beş quyudan neft hasilatını bərpa edib

Energetika Materials 25 Yanvar 2006 16:34 (UTC +04:00)

Yanvarın 25-də saat 10:00-da Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Çıraq-1" platformasında beş quyudan Azəri Light neftinin hasilatını bərpa edib. Bu barədə Trend ə VR Azerbaijan ( "Azəri"-"Çıraq"-Günəşli" yatağının işlənib-hazırlanması üzrə operator) şirkətində bildirilib.

ABƏŞ yanvarın 24-də saat 16:00-da əlverişsiz hava şəraiti səbəbindən platformada iki nasosdan birinin işinin dayanmasına görə beş quyuda hasilatı saxlayıb. Bunun nəticəsində bu yataqda hasilat gündəlik 140 min bareldən 90 min barelədək azalıb. "Bu gün səhər saat 10.00-da şirkət bütün problemləri həll edib və hazırda əvvəlki səviyyəyə çatan hasilatı davam etdirib" -deyə BP-də bildirilib.

"Çıraq" platformasında hazırda 20 quyu vardır və bunlardan 14-ü hasilat, altısı isə suvurucu quyulardır. Bu ilin ortalarında, quyularda araşdırma başa çatdıqdan sonra 21 quyunun qazmasına başlanılacaq. "Çıraq"da neft hasilatına başlanıldığı 1997-ci ilin noyabrından 2005-ci ilin sonunadək təxminən 326 mln. bar. (44 mln. tondan çox) neft hasil edilib.

Xəbər lenti

Xəbər lenti