...

Problemlər tam həll olunanadək Azərbaycan Gürcüstana qaz tədarük edəcək

Energetika Materials 25 Yanvar 2006 16:38 (UTC +04:00)

Yanvarın 24-də Azərbaycan Gürcüstana 2,5 mln m3 qaz tədarük edib. Bu barədə Trend ə "Azəriqaz" QSC-dən bildirilib. Mozdok-Tiflis qaz kəmərində baş vermiş partlayış nəticəsində yaranmış problemlər tam həll olunanadək Gürcüstana qaz tədarükü davam edəcək. Qeyd edək ki, bu qaz kəməri ilə Rusiyadan Gürcüstana qaz tədarük olunurdu.

Azərbaycan tərəfindən qaz tədarükü "Azqaznəql" İstehsalat Birliyi və Gürcüstanın qaz nəqliyyat şirkəti arasında imzalanmış sazişə əsasən respublikanın öz imkanları hesabına həyata keçiriləcək.

Gürcüstana qaz tədarükünə dair sazişdə yanacaqdan ölkənin öz tələbatını ödəmək üçün isifadə nəzərdə tutulur və bu yanacaq üçüncü tərəfə verilə bilməz.

Xəbər lenti

Xəbər lenti