...

"Azəriqaz" QSC əhaliyə verilən qazın həcmini artırıb

Energetika Materials 25 Yanvar 2006 17:33 (UTC +04:00)

Respublikada hava şəraitinin pisləşməsi ilə bağlı olaraq "Azəriqaz" QSC əhaliyə verilən qazın həcmini artırıb. Bu barədə Trend ə QSC-də bildirilib. "Azəriqaz"da qeyd olunub ki, əhaliyə verilən qazın həcmi gündəlik 2-2,5 mln. kub. metr artırılıb. Hazırda əhaliyə 9 mln. kub. metr həcmində qaz verilir. Qış mövsümündə adi tələbat təxminən 6-7 mln. kub. metr təşkil edir.

Barmek Azerbaijan şirkətində Trend ə bildirilib ki, hazırda sistemin gücündə elektrik enerjisinə tələbat 1700 MVt (sistemin maksimum imkanları 1800 MVt təşkil edir) təşkil edir. Amma bu, maksimum göstərici deyil. Ötən ilin əvvəlində, Rusiya tərəfi Azərbaycana qaz tədarükünü müvəqqəti olaraq dayandırdığı vaxt bu göstərici 1703 MVt-a bərabər idi. Adətən qış mövsümündə enerji şəbəkəsinin gücü 1400 MVt-dək çatır.

Şirkətdə qeyd olunub ki, dünən Bakının Əzizbəyov rayonunda transformatorda qəza baş verib. Bir neçə saat ərzində bu problem aradan qaldırılıb. Bundan başqa, avadanlığın yükləndiyi vaxtlarda qismən də olsa elektrik enerjisinin verilməsində məhdudiyyət qoyulur. Barmek nümayəndələrinin sözlərinə görə, "Azərenerji" SC dünən Sumqayıta elektrik enerjisinin verilməsini 50 MVt. olaraq məhdudlaşdırıb.

Xəbər lenti

Xəbər lenti