...

"Qazprom" Azərbaycana qaz tədarükünü əvvəlki rejimdə bərpa edib

Energetika Materials 25 Yanvar 2006 20:07 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkəti Azərbaycana gündəlik 15 mln. kub. metr qaz tədarük edir. Bu həcm bugünkü gündə Azərbaycanın idxal təbii qazda mövcud tələbatını tamamilə təmin edir. Bu barədə Trend ə AR DNŞ-də bildirilib.

Dünən Rusiya şirkəti qaz tədarükünü bir qədər azaldıb. Bu, 1 mln. kub metr azalıb. AR DNŞ-də qeyd olunub ki, amma bu gün tədarük yenidən əvvəlki rejimdə bərpa edilib. Rusiya qazını respublikaya Rusiyanın "Qazprom" şirkəti 1000 m3 $110 qiymətinə tədarük edir. İdxal qazı əsasən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üçün istifadə olunur.

AR DNŞ-də qeyd olunub ki, elektrik stansiyaları həm də kifayət qədər mazut ehtiyatına malikdir və bundan qaz verilməsində yaranan fasilələr zamanı elektrik enerjisinin istehsalında yanacaq kimi istifadə oluna bilər.

Xəbər lenti

Xəbər lenti