...

2006-cı ildə EP-300 zavodu məhsullarının həcmi 355 mlrd. manat səviyyəsində proqnozlaşdırılır

Energetika Materials 26 Yanvar 2006 17:18 (UTC +04:00)

2006-cı ildə Azərkimya Dövlət Şirkətinin tərkibinə daxil olan EP-300 zavodunun kimyəvi məhsullarının istehsal həcmi 355 mlrd. manat səviyyəsində proqnozlaşdırılır. Bu barədə Trend ə müəssisədə bildirilib.

Ötən il ərzində istehsal həcmi məsələsinə toxunaraq zavodda bildirilib ki, bu göstərici proqnozlaşdırılan 364 mlrd. manata qarşı 375 mlrd. manat təşkil edib. Bundan başqa, bir sıra KİI-də müəssisənin aşağı səviyyəli məhsul satışı səbəbindən fəaliyyətini dayandırması barədə məlumatı şərh edərkən dövlət müəssisəsində qeyd olunub ki, bütün bu deyilənlər həqiqətə uyğun deyil.

"Müəssisə əvvəllər də olduğu kimi, öz məhsulunu istehsal edir və satır" -deyə müəssisədə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti