...

Azərbaycan Gürcüstana istənilən həcmdə neft məhsulları tədarük etməyə hazırdır

Energetika Materials 26 Yanvar 2006 18:00 (UTC +04:00)

AR DNŞ Gürcüstana lazım olan istənilən həcmdə neft məhsulları tədarük etməyə hazırdır. AR DNŞ-də Trend ə bildirilib ki, hazırda şirkət Gürcüstana istənilən həcmdə kerosin, yanacaq mazutu və dizel yanacağı tədarük etməyə hazırdır.

AR DNŞ indi Heydər Əliyev adına NEZ-də (keçmiş Azərneftyanacaq) katalitik krekinq qurğusunun qarşıda təmirə dayandırılması ilə bağlı avtomobil benzini ixrac edə bilmir.

Qeyd edək ki, bu gün Gürcüstanın baş naziri Zurab Noqaideli brifinqdə bəyan edib ki, prezident Mixayıl Saakaşvili Davosa səfərini dayandırıb və ölkənin energetika təhlükəsizliyini təmin etmək üçün yanvarın 26-da Tiflisə qayıdacaq". Z.Noqaidelinin sözlərinə görə, hökumət Gürcüstanın enerji və qaz təchizatını tezliklə bərpa etmək məqsədilə gücləndirilmiş tədbirlər görür. Energetika böhranının aradan qaldırılması üçün neft məhsulu idxalçılarına Gürcüstana kerosin tədarükünün artırılması xüsusilə tapşırılıb.

Xatırladaq ki, yanvarın ilk ongünlüyündə AR DNŞ "Saknavtobtransi" (keçmiş "Qruzneftetrans") DŞ ilə imzalanmış müqaviləyə əsasən Gürcüstana dizel yanacağının ixrac tədarükünə başlayıb. Dizel yanacağı " Heydər Əliyev adına" NEZ-də istehsal olunur və 2006-cı ildə "Saknavtobtransi" ayda 10 min ton dizel yanacağı tədarük etməyi nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti