...

Azərbaycan neftinin qiyməti enməkdə davam edir

Energetika Materials 26 Yanvar 2006 18:22 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, yanvarın 25-də bir barel AZERI LT CIF neftinin qiyməti $63, 94 təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən $1,19 azdır. Azeri Light neftinin sıxlığı API üzrə 34,9 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Yanvarın 25-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $57,61 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $1,62 azdır. URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

Yanvarın 25-də bir barel Brent (DTD) neftinin qiyməti $62,61təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayisədə $1,31 azdır. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Avropa bazarında işləyən treyderlər Trend ə bildirib ki, Novorossiysk limanından Auqustaya neft və neft məhsullarının nəqli üçün 135 min ton tutumlu gəmilərin fraxt dərəcəsi ws127-dək artırılıb. Analoji dərəcələr 80 min ton tutumlu gəmilər üçün ws200-dək artırılıb. Qara dənizdən Auqustaya belə dərəcələr bu gün 30 min ton tutumlu gəmilər üçün ws440-dək artırılıb. Novorossiyskdən Auqustaya 30 min ton tutumlu gəmilərlə neft və neft məhsullarınıninəqli üçün dərəcələr ws400-dək enib.

Xəbər lenti

Xəbər lenti