...

AR DNŞ Novorossiyskdən neft satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 27 Yanvar 2006 13:13 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti (AR DNŞ) 2006-cı ilin fevralında Novorossiysk limanından 140 min ton Urals növlü neftin satışı üzrə tenderi bağlı elan edib. Bu barədə Trend ə AR DNŞ-dən məlumat verilib. Tenderin qalibi Taurus Petroleum treyderi olub.

"Neft partiyasının fevralın 23-24-də Novorossiysk terminalının N1 körpüsündən yüklənməsi gözlənilir", - deyə AR DNŞ-dən bildirilib.

2005-ci ildə AR DNŞ Novorossiyskdən 2004-cü ildə 2,559 mln tona qarşı 1,631 mln ton neft yükləyib. 2005-ci ilin dekabrında 86,5 min ton neft yüklənib. Bu göstərici 2004-cü ilin noyabrında 167,2 min ton, dekabrında isə 166,3 min ton təşkil edib.

2005-ci ildə Glencore treyderi AR DNŞ-in elan etdiyi tenderlərdə Novorossiyskdən daha çox - 557 min ton neft alıb. İkinci yerdə 464 min ton neftlə LUKOİL şirkətidir.

2006-cı ilin əvvəlindən AR DNŞ-dən aşağıdakı şirkətlər neft alıb:

Yanvar - Glencore (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton).

Xəbər lenti

Xəbər lenti