...

Dövlət Neft Şirkəti Gürcüstanın ehtiyacları üçün neft məhsullarının alışı üzrə Ukraynanın marağı barədə xəbərdarlıq almayıb

Energetika Materials 27 Yanvar 2006 13:18 (UTC +04:00)

Ukrayna enerji böhranı ilə üzləşən Gürcüstana humanitar yardım göstərmək üçün dizel yanacağı və mazutun alınması barədə maraqları barədə Azərbaycan tərəfini xəbərdar etməyib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Ukraynanın KİV bu ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətinin dövlət büdcəsinin ehtiyat fondundan Gürcüstana yardım göstərmək üçün Azərbaycandan dizel yanacağı və mazut alınması üçün vəsaitin ayrılması ilə qərarla bağlı bəyana yayıb.

Xatırladaq ki, 1999-2000-ci illər ərzində Azərbaycan Ukraynaya dizel yanacağı tədarük edib. Lakin bu ölkə indiyə kimi alınan neft məhsulu üçün vəsaitin ödənilməsini başa çatdırmayıb. Hazırda Ukraynanın borcu $5,269 mln təşkil edir.

Azərbaycanda neft məhsullarının istehsalı ilə "Heydər Əliyev adına" (keçmiş "Azərneftyanacaq") və "Azərneftyağ" neft emalı zavodları məşğul olur.

Xəbər lenti

Xəbər lenti