...

Dövlət Neft Şirkəti "Günəşli"də qaz-kompressor stansiyasının tikintisi məsələsini həll edir

Energetika Materials 27 Yanvar 2006 13:46 (UTC +04:00)

Bu il ərzində dayazsulu "Günəşli" yatağında sərbəst hasilat işləri aparan Dövlət Neft Şirkəti aşağı təzyiqliqli qazın tam sıxılması üçün qaz-kompressor stansiyasının tikilməsi məsələsin həll etməlidir. Bu barədə Trend ə Sənaye və Energetika Nazirliyindən məlumat verilib.

Hazırda bu layihəni həyata keçirəcək şirkətin müəyyən edilməsi üçün tenderin edilməsinə hazırlıq işləri aparılır. Bundan əlavə, bu layihənin texniki-iqtisadi əsaslarının hızarlanması və onun dəyərinin dəqiqləşdirilməsi davam etdirilir.

Bu layihə çərçivəsində "Günəşli-4" platformasının boş hissəsində qaz-kompressor stansiyasının tikilməsi nəzərdə tutulub. Bu stansiya aşağı təzyiqli qazın təzyiqini artırmağa və onu sahilə nəql etməyə imkan verəcək. "Günəşli"də qaz-kompressor stansiyasının tikintisi 2010-cu ili əkimi bu yataqdan ildə 4,9 mlrd kubmetrə qədər qaz hasil etməyə imkan verəcək. Hazırda bu göstərici ildə 2,2 mlrd kubmetrə bərabərdir.

Bu gün "Günəşli" yatağının dayaz hissəsindən gündəlik olaraq atmosferə 1,6 mln , "Çıraq"dan isə 800 min kubmetrə yaxın aşağı təzyiqli qaz atılır.

Xəbər lenti

Xəbər lenti