...

Dövlət Neft Şirkəti qazma işlərini davam etdirir

Energetika Materials 28 Yanvar 2006 12:45 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti (AR DNŞ) bütün yataqlarda qazma işlərini davam etdirir. AR DNŞ-dən Trend ə verilən məlumata görə, avadanlığın çatdırılması ilə bağlı bəzi çətinliklər istisna olmaqla əlverişsiz hava şəraiti qazma işlərini aparmağa mane olmur.

"Dünən bütün yataqlarda quyunun qazılma göstəricisi 430 m təşkil edib ki, şirkətin hər qazma qurğusunun payına da orta hesabla 9 m düşür. Bu göstərici gündəlik qazma normasına uyğundur", - deyə şirkətdən bildirilib.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, hava şəraiti ilə əlaqədar gəmilər dənizdə qazma işlərini davam etdirmək üçün lazımi avadanlığı çatdıra bilmirdi, amma bu məsələ artıq həll olunub.

Ərzaq məhsullarının dənizdə qurulmuş özüllərə çatdırılması məsələsinə gəldikdə AR DNŞ-dən bildirilib ki, platformaların hər birində ərzaq və su ehtiyatı var, buna görə də çatdırılma ilə bağlı müvəqqəti problmelər çətinlik yaratmır.

Xəbər lenti

Xəbər lenti