...

AR DNŞ ən dərin yüksək debitli quyunun qazılmasını başa çatdırıb

Energetika Materials 28 Yanvar 2006 13:16 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti ən dərin yüksək debitli quyunun qazılmasını başa çatdırıb. Şirkətdən Trend ə verilən məlumata görə, bu quyu "8 Mart" yatağında qazılıb. Onun dərinliyi 5 768 m-dir.

Quyunun layihə dərinliyi 5 850 m təşkil edib. Bü cür dərinliklər AR DNŞ tərəfindən hələ mənimsənilməmişdi. Quyudan sutkada 500 min m3 qaz hasil ediləcəyi nəzərdə tutulub.

AR DNŞ-in müstəxəssisləri tərəfindən quyuda karotaj aparılıb və qazmanın dayandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti