...

AR DNŞ Salyan Oil şirkəti tərəfindən kəşfiyyat quyusunun qazılma müddətini uzada bilər

Energetika Materials 28 Yanvar 2006 14:21 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti "Kürsəngi-Qarabağlı" müqavilə sahəsinin işlənməsilə məşğul olan Salyan Oil əməliyyat şirkətinin kəşfiyyat dövrünün bir neçə ay uzadılması təklifi ilə bağlı müsbət qərar qəbul edə bilər. Bu barədə Trend ə AR DNŞ-dən məlumat verilib. Bu müddət ərzində şirkət müqavilə üzrə öhdəliklərə daxil olan sonuncu kəşfiyyat quyusunun qazılmasını başa çatdırmalıdır.

Qazma işlərini bitirmək üçün şirkətə təxminən 3 ay vaxt lazımdır. Quyu keçən ilin sonunda hazır olmalı idi. Lakin texniki problemlərlə əlaqədar quyuda qazma işləri dayandırılmışdı.

PSA tipli müqavilə üzrə öhdəliklərə əsasən, Salyan Oil 3 kəşfiyyat quyusu qazmalı idi. Quyunun qazılması Çinin Great Wall şirkəti tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti