...

Yaponiyanın "Cayka" fondu "Müşfiq" yarımstansiyasının yenidən qurulmasına dair hökumətlə müzakirələrə başlayır

Energetika Materials 30 Yanvar 2006 14:11 (UTC +04:00)

220 kV gücündə "Müşfiq" yarımstansiyasının yenidən qurulması layihəsinin son razılaşdırılması üçün yanvarın 30-dan Yaponiyanın "Cayka" beynəlxalq əməkdaşlıq fondu ekspertlərinin Bakıya səfəri başlayır. Bu barədə Trend ə "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib. Onun sözlərinə görə, layihənin TİƏ ötən il Yaponiya məsləhətçiləri və "Azərenerji"nin əməkdaşlarının iştirakı ilə hazırlanıb.İndiki səfər zamanı təmir işlərinin dəyəri və layihənin gerçəkləşdirilməsi müddətinin müzakirəsi nəzərdə tutulur. Diqqətəlayiqdir ki, bu işlərin maliyyələşdirilməsi və lazımi avadanlığın alınması "Cayka" fondunun qrantı hesabına həyata keçiriləcək. Azərbaycan hökumətinin 2005-ci ildə rəsmi müraciətinə əsasən Yaponiya fondu təmir işlərinin maliyyələşdirilməsi ilə bağlı razılığını bildirib.

Payız-qış mövsümünə hazırlıq çərçivəsində "Azərenerji" SC 110-kilovoltluq yağ elektrik açarlarının təftişini aparıb, korroziya əleyhinə işlər həyata keçirib. Hazırda işlənmiş yağ elektrik açarları dəyişdirilir.

"Müşfiq" yarımstansiyası Bakının böyük hissəsini elektrik enerjisi ilə təmin edir.

Xəbər lenti

Xəbər lenti