...

Hazırda Azərbaycanda enerji sistemi stabil işləyir və 3350 MVt enerji hasil edir

Energetika Materials 30 Yanvar 2006 14:23 (UTC +04:00)

Azərbaycanın milli enerji sistemi hazırda sabit rejimdə işləyir. Ölkənin elektrik stansiyalarının ümumi gücü 3350 MVt təşkil edir. Trend in məlumatına görə, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətinin məlumatında bildirilir.

Dünən Bakı vaxtı ilə saat 13.17-də məlum olmayan səbəblərə görə, Azərbaycanın Mingəçevirdəki İES-dan Bakıya və Abşeron yarımdasına elektrik enerjisinin daxil olduğu 500 kilovoltluq Abşeron 2 EÖX-də enerjinin verilməsi kəsilib. Bu stansiya respublikadaeı elektrik enerjisinin yarısını hasil edir.

"Azərenerji" də SC-in prezidenti E.Pirverdiyevin rəhbərliyi ilə operativ qərargah yaradılıb. Onun sözlərinə görə, respublikada ən iri elektrik xəttində enerjisinin verilməsinin kəsilməsi nəticəsində gərginlik avtomatik olaraq belə yüeklənmə üçün nəzərdə tutulmayan digər xəttə keçirilib. Ehtimal olunur ki, qəza əleyhinə sistemin işə düşməsi nəticəsində Abşeron EÖX-1-də də enerji kəsilib. Sistemin sabitliyinin pozulması nəticəsində Əli Bayramlı İES, "Şimal" elektrik stansiyası, Bakı İES enerji blokları, eləcə də digər yüksək gərginlikli, o cümlədən Rusiyadan Azərbaycana elektrik enerjisi tədarük edən Yaşma-Dərbənd EÖX-də fəaliyyətini dayandırıb.

Buna baxmayaraq, Abşeron yarımadasına və Bakıya, ölkənin cənub və qərb ryaonlarına elektrik enerjisinin verilməsi davam etdirilir. Bir saat ərzində görülən tədbirlər nəticəsində Bakıya elektrik enerjisinin tədarükü bərpa edilib. SC-in rəhbəri E.Pirverdiyev enerji obyektlərinin birində baş vermiş terror aktının baş verməsi barədə versiyanı tamamilə təkzib edib. Hazırda yaradılan xüsusi komissiya qəzanın səbəblərini araşdırır.

Xəbər lenti

Xəbər lenti