...

Yaxın vaxtlarda Azərbaycan Gürcüstana elektrik enerjisi tədarükünü bərpa edəcək

Energetika Materials 30 Yanvar 2006 16:45 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycan dünən ölkənin enerji sistemində baş vermiş qəza nəticəsində Gürcüstana dayandırılmış elektrik enerjisi tədarükünü bərpa edəcək. Bu barədə Trend ə "Azərenerji" SC-nin mətbuat xidmətində bildirilib.

Azərbaycan yanvarın 22-dən başlayaraq Gürcüstana 30 MVt gücündə elektrik enerjisi tədarük edir. Yanvarın 26-dan bu göstərici gündüz saatlarında 70 MVt və qızğın iş vaxtlarında isə 100 MVt-dək təşkil edirdi. Dünən baş vermiş qəzadan sonra enerji verilməsi dayandırılıb.

Xəbər lenti

Xəbər lenti