...

ADDY Amerikanın iri şirkəti ilə müqavilə bağlamağı planlaşdırır

Energetika Materials 30 Yanvar 2006 18:18 (UTC +04:00)

İdin birinci rübündə Azərbaycan dövlət dəmir yolu idarəsi (ADDY) Qazaxıstanın iri "Tenqiz" yatağında neft hasilatı ilə məşğul olan ChevronTexaco şirkətindən neft daşınması ilə bağlı sifariş alınmasını gözləyir. Bu barədə Trend ə ADDY idarəsində bildirilib.

Şirkətin Azərbaycandan tranzit vasitəsilə Gürcüstanın Qara dənizdəki Batumi limanına ildə 5 mln. tonadək neft tədarük edəcəyi gözlənilir. Azərbaycanın Xəzər dəniz gəmiçiliyi idarəsi ilə bu yükün Xəzər dənizi ilə tankerlərlə daşınmasına dair danışıqlar artıq ötən il aparılıb.

Ötən il Azərbaycan dəmir yolu ilə 26,2 mln. ton müxtəlif yüklər daşınıb. Bunlardan 73,7% neft və neft məhsullarının payına düşür. "ShevronTexaco" şirkətinin neftin nəqlinə başlamasından sonra bu həcmii artırılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti