...

15 gün ərzində Gürcüstan Azərbaycandan tranzitlə İrandan 30 mln m3 qaz alacaq

Energetika Materials 31 Yanvar 2006 12:23 (UTC +04:00)

Gürcüstan və İran Azərbaycan ərazisindən tranzitlə İran qazının alınmasına dair saziş imzalayıb. Bu müqaviləyə əsasən, İran 15 gün ərzində Gürcüstana 30 mln m3 qaz tədarük edəcək. Bu barədə Trend ə "Azəriqaz" QSC-dən bildirilib.

Azərbaycan İran qazının ərazisindən nəql olunmasına görə tranzit haqqı alacaq. QSC-dən bildirilib ki, bu məbləğ MDB ölkələrində qazın nəqli üzrə mövcud tariflərə uyğun olacaq.

Bundan başqa Azərbaycan Gürcüstana sutkada ehtiyatda olan qazın 2 mln m3-ni tədarük etməkdə davam edəcək. Beləliklə, 15 gün ərzində Gürcüstan Azərbaycandan sutkada təxminən 4 mln m3 qaz alacaq.

Xəbər lenti

Xəbər lenti