...

Fevralda KFW AzDRES – İmişli elektrik ötürücüsü xəttinin tikintisi layihəsini təsdiq edəcək

Energetika Materials 31 Yanvar 2006 14:20 (UTC +04:00)

Fevralda Almanyia Yenidənqurma Bankı KFW reallaşdırılması üçün 30 mln avro ayırdığı AzDRES - İmişli elektrik ötürücüsü xəttinin tikintisi layihəsini yekunlaşdırmaq və təsdiq etməyi planlaşdırır. KFW -in Bakı ofisinin rəhbəri Natiq Abdullayevin Trend ə verdiyüi məlumata görə, bu ay bankın ekspertləri layihənin iqtisadi qiymətləndirilməsini keçiriblər. Qimytəlnədirməyə görə. o, ölkə üçün çox böyük əhəmiyyət kəsb edir. Belə ki, layihə 3 ölkə - Azərbaycan, İran və Rusiya arasında enerji mübadiləsinin yaxşılaşdırılmasını , ölkənin cənub regionlarınnın, NMR-nın enerji ilə səmərəli təchizatını nəzərdə tutur. Həm də Azərbaycan İranla respublikanın cənub hissəsinin enerji sisteminin yaxşılaşdırılması proqramına malikdir.

KFW-in maliyyələşdirilməsini təklif etdiyi layihə AzDRES-dən İmişliyə kimi 195 km uzunluğu olan elektrik ötürücüsü xəttinin tikintisini nəzərdə tutur. Həmçinin, Göranboyda yarımstansiyanın tikintisi və gücü 330 kVT olan İmişli yarımstansiyasına elektrik enerjisinin verilişi sahəsinin genişləndirilməsini də nəzərdə tutur. EÖX-nin tikintisindən sonra onun gücü hazırki 200 mV-dan 700 mV-a qədər artacaq.

Xəbər lenti

Xəbər lenti