...

AR DNŞ-in idarəetmə strukturunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələrin hazırlığı başa çatıb

Energetika Materials 31 Yanvar 2006 18:33 (UTC +04:00)

AR DNŞ-in təkrar korporativ strukturlaşdırılması üzrə işlər üçün AYİB tərəfindən seçilmiş Salans konsorsium, Taylor-Young və PFC AR DNŞ-ə öz tövsiyələrini təqdim edib. Bu barədə Trend ə Salans-ın Bakı nümayəndəliyində bildirilib. Şirkət nümayəndəsinin sözlərinə görə, AR DNŞ-in idarəetmə strukturunun təkmilləşdirilməsi ilə bağlı araşdırmaların ilk mərhələsi artıq başa çatıb. Amma ikinci mərhələnin başlanma müddəti hələlik müəyyən edilməyib. Konsorsiumun öhdəliyinə AR DNŞ-in korporativ, maliyyə və ekoloji yenidən strukturlaşdırılmasının aparılması daxildir.

AR DNŞ-in yenidən strukturlaşdırılması Avropa bankının krediti hesabına maliyyələşdirmə şərti, "ŞahDəniz"yatağının işlənib hazırlanması layihəsində onun öşdəlikləri və Cənubi Qafqaz boru kəmərinin çəkilməsidir. 2003-cü ildən AR DNŞ-in AYİB-in 941,1 min avro həcmində qrantı hesabına təkrar korporativ strukturlaşdırılması üzrə məsləhətləşmələri Ernst & Young şirkəti göstərir.

Avropa bankı AR DNŞ ilə məhz AR DNŞ-də beynəlxalq maliyyə hesabatı standartlarının (IFRS) mümkün tətbiq edilməsinin müzakirəsi ilə bağlı daim görüşlər keçirir. Ernst & Young AR DNŞ tərəfindən maliyyə icmalının aparılması üçün işə cəlb edilib. Bu şirkət yalnız AR DNŞ-də maliyyə vəziyyətinə sadəcə baxmaq üçündür. Ernst & Young şirkətinin imkanlarını nəzərə alaraq AR DNŞ özü tətbiqetmə formasını seçəcək.

Seçilmiş konsorsium Amerikanın ticarət və inkişaf Agentliyinin (USTDA) maliyyələşdirməsi hesabına fəaliyyət göstərir. İki fazadan ibarə olan iş 12 ay ərzində başa çatdırılmalıdır. ƏDV nəzərə alınmadan yalnız ilk faza üçün layihənin maksimum büdcəsi $700 min təşkil edir.

AR DNŞ-in təkrar strukturlaşdırılması imkanının öyrənilməsi üçün daha bir konsaltinq şirkətinin cəlb edilməsi istisna edilmir.

Xəbər lenti

Xəbər lenti