...

Gürcüstanın enerji sistemi Azərbaycandan alınan elektrik enerjisinin gücünün öhdəsindən gəlmir

Energetika Materials 1 Fevral 2006 13:54 (UTC +04:00)

Gürcüstanın elektrik enerjisi sistemi Azərbaycandan tədarük edilən elektrik enerjisi gücünün öhdəsindən gələ bilmir və bunun da nəticəsində qəzalarlda bağlı ayrılmalar baş verir. Bu barədə Trend ə "Azərenerji" Səhmdar Cəmiyyətinin baş mühəndisi Saleh Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın enerji sistemi 50 MVt -dan artıq olmayan gücdə elektrik enerjisini qəbul edə bilər. Lakin Gürcüstanda tələbatının yüksək olması bu ölkədə gündüz saatlarında tələöatın ümumi həcmi 70 MVt-a qədər artır və sistemdə qəzalarla bağlı ayrılmalar baş verir . S.Məmmədov bildirib ki, buna baxmayaraq, Azərbaycan istənilən vaxt Gürcüstanan elektrik enerjisi tədarük etməyə hazırdır.

Azərbaycan yanvarın 22-dən başlayaraq, Gürcüstana 30 MVt gücündə elektrik enerjisi tədarük edir. Yanvarın 26-dan bu göstərici gündüz saatlarında 70 MVt və gərgin saatlarda 100 MVt-dək təşkil edir.

Xəbər lenti

Xəbər lenti