...

Azərbaycan fevralda Novorossiyskdən təxminən 450 min ton neft satacaq

Energetika Materials 1 Fevral 2006 14:04 (UTC +04:00)

2006-cı ilin fevralında Azərbaycan Novorossiysk limanından 440 min ton Ural növlü neft yükləyəcək. Bu barədə Trend ə Rusiya limanına yaxın mənbələrdən məlumat verilib.

Mənbələr bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) fevralın 23-24-də limanın N1 körpüsündən 140 min ton neft yükləyəcək. Glencore treyderinə məxsus 85 min ton neft isə fevralın 5-6-da yüklənəcək. "Bu treyderə məxsus partiya yanvarın 30-31-də yüklənməli idi. Lakin əlverişsiz hava şəraiti ilə əlaqədar yüklənmənin vaxtı fevral ayına keçirilib", - deyə mənbədən qeyd edilib. AR DNŞ fevralda N6-7 körpülərindən 60 min ton neft yükləyəcək.

Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ) fevralın 12-13-də və 18-19-da hər birində 80 min ton neft olan iki tanker partiyası ilə 160 min ton neft yükləyəcək.

Xəbər lenti

Xəbər lenti