...

Astara modul elektrik stansiyasındakı işlər praktiki olaraq tamamlanıb

Energetika Materials 1 Fevral 2006 14:21 (UTC +04:00)

Azərbaycanda modul elektrik stansiyalarının tikintisi üzrə baş podratçı olan Finlandiyanın Wartsila şirkəti Azərbaycanın Astara rayonunda tikilən ilk modul stansiyasının avadanlıqlarının və aqreqatlarının sazlanması və yrxlamadan keçirilməsi ilə bağlı kompleks tədbirləri başa çatdırıb. Trend in məlumatına görə, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin press-relizində bildirilir.

Bu il Şəki, Naxçıvan, Xaçmaz və Bakıda 4 elektrik stansiyasının tikiləcəyi ehtimal edilir ki, bu da milli enerji sistemini 450-460 MVt artırmağa imkan verəcək. Modul elektrik stansiyalarında yanacağ məsrəfi şərti yanacağın 270 qramını təşkil edir. Faydalı Fəaliyyət Əmsalı (FFƏ) qurğuları 45,5%-46% təşkil edir. Bu zaman o, onun bütün istismarı dövründə aşağı düşmür.

"Azərenerji"nin mətbuat xidmətindən bildirilir ki, səhmdar cəmiyyətin vitse-zprezidenti Marlen Çəsgərovun sözlərinə görə, ölkənin baş energetika tikintisində işlər normativ müddətdən əvvəl həyata keçirilib. Bunun üçün böyük həcmdə çoxplanlı işlər həyata keçirilib və bu işə 400-ə yaxın adam cəlb edilib.

Wartsila şirkətinin meneceri Yorma Makeyin sözlərinə görə, Azərbaycanda şirkətin ilk layihəsi uğurla həyata keçirilib. Burada mühüm rol Azərbaycan sifarişçilərinin və tərəfdaşlarının üzərinə düşür. Şirkətin nümayəndəsinin sözlərinə görə. hazırda əsas səylər Şəkidə tikiləcək 2-ci modul stansiyanın tikintisinə yönəlib. Bu zaman o qeyd edib ki, Azərbaycanda elektrik enerjisinə ən yüksək səviyyədə böyük diqqət ayrılıb. Ölkədə başlıca üstünlüyü qısa müddətdə tikilməsi, mobilliyi və ekoloji təmizliyi olan modul elektrik stansiyaların tətbiqi barədə qərar müsbət və son dərəcə sərfəli addımdır.

İsveçrə-İsveç AVV şirkətinin eksperti Tatu Dunderin sözlərinə görə, Astara stansiyası belə qısa müddətə tikilən (onun təməli ötən ilin sentyabrında qoyulub) dünyada ilk stansiyadır. Özü də o, keyfiyyətinə görə heç də digər stansiyalardan geridə qalmır. "AVV" şirkəti Azərbaycanın AZENCO şirkəti ilə birgə Astarada 110 kilovoltluq yarımstansiyanın tikintisini həyata keçirib.

Xəbər lenti

Xəbər lenti