...

BP "Mərkəzi Azəri" yatağında neft hasilatını bərpa edib

Energetika Materials 2 Fevral 2006 14:39 (UTC +04:00)

Azərbaycan beynəlxalq əməliyyat şirkəti (ABƏŞ) hazırda "Azəri"yatağının mərkəzi hissəsindən gündəlik 235 min bar. neft hasil edir ki, bu da hasilatın əvvəlki həcminə bərabərdir. Bu barədə Trend ə BP Azerbaijan ( "Azəri" - "Çıraq" - "Günəşli" yatağının işlənib hazırlanması layihəsinin operatoru) şirkətində bildirilib.

Yanvarın 31-də şirkət Sərgəçal neft terminalında neftin separasiyası üçün iki qızdırıcı qurğunun ərpdən təmizlənməsi prosesini başa çatdırıb.

Bu işlərin aparılması səbəbindən yanvarın 25-dən BP "Azəri" yatağının mərkəzində "AÇG" layihəsi çərçivəsində quraşdırılmış platformadan neft və səmt qazının hasilatını müvəqqəti olaraq azaltmışdı.

Yataqda hasilat gündəlik 240 min bareldən 170 min barelədək azaldılmışdı.

Xəbər lenti

Xəbər lenti