...

Murphy Shipping BP Azerbaijan şirkətinin tenderində iştirak etmək niyyətindədir

Energetika Materials 2 Fevral 2006 15:36 (UTC +04:00)

Murphy Shipping & Commercial Services JI (Azərbaycan-Britaniya müştərək müəssisəsi) nəqliyat şirkəti bu ilin may ayında BP Azerbaijan şirkətinin nəqliyyat xidmətlərinin göstərilməsi üzrə baş podratçının müəyyən edilməsi ilə bağlı keçirəcəyi tenderdə iştirak etmək niyyətindədir. Bu barədə Trend ə şirkətin baş direktoru Rauf Məmmədov bildirib.

Murphy Shipping yük daşınması ilə məşğuldur, eləcə də Qaradağda xüsusi gömrük terminalı vardır. Terminalın inşasının dəyəri təxminən $2 mln. təşkil edir. Şirkətin rəhbəri qeyd edib ki, hazırda terminalın ərazisində təxminən 3 min ton boru, podratçıların avadanlığı ilə dolu 30 konteyner və digər materiallar vardır. Bunlar həm Azərbaycanda layihələrin, həm də Qazaxıstan və Türkmənistanda işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub. Şirkətin terminalında olan yüklərə yalnız Azərbaycan ərazisində istifadə üçün rüsum tətbiq edilir. Xəzəryanı ölkələrdən birində layihə alınanda onlar Azərbaycanda olan materialllarından istifadə edəcək.

R.Məmmədovun sözlərinə görə, hazırda terminalda olan avadanlığın təxminən 20%-i Türkmənistandakı layihələr və təxminən 10%-i isə Qazaxıstan layihələri üçün istifadə olunacaq. Gələcəkdə bu göstəricinin artırılması gözlənilir. Murphy Shipping şirkətinin Rusiya, BƏƏ, Gürcüstan, Türkiyə, Türkmənistan və Qazaxıstanda nümayəndəlikləri vardır. Bu şirkət Sinqapurdan "Heydər Əliyev adına" qazma qurğusu üçün ponton və dayaqların gətirilməsini həyata keçirib.

Xəbər lenti

Xəbər lenti